Turan Tovuz" Peyşəkar Futbol Klubunun rəhbərliyində yeni təyinat gerçəkləşib.

Matc.az xəbər verir ki, bu barədə Tovuz klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, idarəçilik strukturunun təkmilləşdirilməsi məqsədilə atılan addımın nəticəsində Həsən Zeynalov klubun İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə gətirilib.

Uzun illərdir Tovuz təmsilçisinin sadiq azarkeşlərindən biri olan və yerli idmanın inkişafında yaxından iştirak edən Həsən Zeynalova yeni işində və gələcək fəaliyyətində uğurlar arzu olunub.

Xatırladaq ki, yeni müavin idman ictimaiyyətinə yad sima deyil, o, ötən mövsüm ölkə çempionatının qızıl medallarını qazanaraq böyük uğura imza atmış "Turan" Voleybol Klubunun prezidenti vəzifəsini də icra edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest