09 İyul 2026, 10:30
DÇ-2026
İngiltərə və Norveç milliləri arasında keçiriləcək dünya çempionatının 1/4 final oyunu hava şəraitinə görə təxirə salına bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Qarşılaşma iyulun 12-nə Mayamidəki "Hard Rok" stadionunda planlaşdırılıb və Bakı vaxtı ilə saat 01:00-da başlamalıdır. Lakin bu həftəsonu Mayamidə havanın temperaturunun 34°C-yə qədər yüksələcəyi gözlənilir, həmçinin tufan proqnozlaşdırılır.
Yüksək rütubət səbəbindən, proqnozlara görə, matçın başlanğıcında temperatur təxminən 43°C kimi hiss olunacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.













