"Sampdoriya" "Napoli"nin sabiq oyunçusu, 34 yaşlı yarımmüdafiəçi Lorentso İnsinye ilə müqavilə imzaladığını rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə Genuya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcrübəli futbolçu ilə 1 illik – 2027-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

İnsinye 2026-cı ilin yanvarından etibarən "Peskara"da çıxış edirdi. Komanda mövsümün yekunlarına əsasən B Seriyasında sonuncu yeri tutub.

Lorentso bu komandanın heyətində keçirdiyi 13 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Genuya klubuna azad agent statusu ilə keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest