09 İyul 2026, 11:34
FUTBOL
Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində reallaşan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində reallaşan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, Gürcüstan millisi ilə üz-üzə gələn komandamız darmadağına sevinib.
Orxan Məmmədovun het-triki, Elşad Manafovun dublu və Sahib Məmmədovun qolu millimizin 6:0 hesablı parlaq qələbəsini təmin edib.
Bu rəqiblər arasında növbəti qarşılaşma iyulun 10-da təşkil olunacaq.
Xatırladaq ki, yoldaşlıq görüşləri yığmamızın iyulun 15-19-u aralığında baş tutacaq Avropa çempionatına hazırlıq prosesinin bir hissəsidir.













