"Opta Analyst" statistika portalı 2026-cı il dünya çempionatının 1/4 final oyunlarının proqnozlarını dərc edib.

"Opta Analyst" statistika portalı 2026-cı il dünya çempionatının 1/4 final oyunlarının proqnozlarını dərc edib.

Matc.az xəbər verir ki, superkompüter statistik məlumatlar əsasında dörd cütlüyün hər birində favoritləri müəyyənləşdirib.

Növbəti mərhələyə yüksəlmək üçün ən yüksək şans Fransa millisinə (74%) verilib. Ən gərgin və gözlənilməz qarşılaşmanın isə İngiltərə və Norveç yığmaları arasında keçiriləcək oyun olacağı proqnozlaşdırılır.

Komandaların yarımfinala yüksəlmək şansları aşağıdakı kimi dəyərləndirilib:

Fransa (74%) – Mərakeş (26%)
İspaniya (70%) – Belçika (30%)
Argentina (69%) – İsveçrə (31%)
İngiltərə (62%) – Norveç (38%)

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Son dünya çempionu Argentina millisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest