Portuqaliyanın "Portu" klubu "Roma"nın futbolçusunu transfer edib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi "Roma"nın müdafiəçisi İvan Markanonu heyətinə qatıb. 
 
32 yaşlı futbolçu ilə 2023-cü ilədək müqavilə bağlayan "Portu"nun bu transfer üçün "canavarlar"a 3 milyon avro ödədiyi bildirilir.
 
2018-ci ildən "Roma"nın şərəfini qoruyan ispan futbolçu, 2014-2018-ci illər aralığında "Portu"da forma geyinmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest