"Şeffild Uensdey" "Liverpul"un 19 yaşlı vingeri Kiran Morrisonu icarəyə götürdüyünü açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oyunçu mövsümün sonunadək "bayquşlar"ın heyətinə qoşulub. Müqavilənin maliyyə detalları açıqlanmır.
19 yaşlı Morrison "mersisaydlılar"ın yetirməsidir, lakin Liverpul klubunun əsas komandasında cəmi 2 oyun keçirib.
Hücumçu ötən mövsüm gənclər səviyyəsində klubun heyətində 28 matçda meydana çıxıb, bu görüşlərdə 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Şeffild Uensdey" İngiltərənin üçüncü güclü futbol divizionunda çıxış edir. Hazırda klub çempionatda səkkizinci pillədə qərarlaşıb. Ötən mövsüm Çempionşipi turnirin bitməsinə 13 tur qalmış tərk edərək İngiltərə futbolu tarixində ən erkən aşağı liqaya düşən komanda olub.













