Madridin "Atletiko" klubunun qapıçısı Yan Oblak La Liqa tarixinə düşüb.

Matc.az xəbər verir ki, 33 yaşlı sloveniyalı qolkiper İspaniya çempionatının elit divizionunda 400 oyunluq həddi aşan ilk əcnəbi qapıçı olub. O, yubiley matçını "Malaqa"ya qarşı keçirib.

Oblak bu görüşdə qapısını toxunulmaz saxlayıb və komandası 2:0 hesabı ilə qələbə qazanıb.

Ümumilikdə Yan İspaniya çempionatında 400 və daha çox matçda iştirak edən 11-ci qapıçıdır. Rekordçu Andoni Subisarretadır (622).

Qeyd edək ki, təcrübəli əlcək sahibi 2014-cü ildən bəri "Atletiko"da çıxış edir. O, 16 milyon avro qarşılığında "Benfika"dan transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest