"Mançester Siti" və "Tottenhem" cinah hücumçusu Savinyonun 99 milyon avro qarşılığında transferi barədə razılığa gəliblər.
Matc.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Keçid üçün ödəniləcək məbləğin 93,3 milyon avrosu sabit rəqəm, 5,7 milyon avrosu isə bonuslar şəklində olacaq.
Bildirilir ki, 22 yaşlı vinger daha çox oyun şansı qazanmaq məqsədilə "şəhərlilər"ə ayrılmaq istədiyini bildirib. Savinyonun yaxın vaxtlarda tibbi müayinədən keçmək üçün Londona uçmağa icazə alacağı gözlənilir.
"Tottenhem"ə həmçinin "Mançester Siti"nin digər hücumçusu Omar Marmuşun da keçəcəyi vurğulanır. "Tottenhem" hər iki futbolçu üçün ümumilikdə 151 milyon avro ödəyəcək.
Ötən mövsüm Savinyo bütün turnirlərdə 36 matçda iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Marmuş isə 36 görüşə çıxaraq 8 qol vurub və 3 assist edib.













