Madridin "Atletiko" klubu yaxın vaxtlarda Londonun "Çelsi" komandasının hücumçusu Nikolas Ceksonun transferini rəsmiləşdirməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, Madrid klubunun idman direktoru Mateu Alemani seneqallı oyunçunun transferini tamamlamağa çalışmaq üçün Londona gəlib.
Madrid klubu norveçli mərkəz hücumçusu Aleksander Sörlotun zədələnməsini nəzərə alaraq, hücum xəttinə mümkün qədər tez bir futbolçu imzalamağa çalışır. Bu mövqe üçün digər variantlar olsa da, Cekson klub üçün prioritet hesab olunur.
Bununla belə, bu transferin reallaşmasında əsas maneələrdən biri maliyyə tərəfidir. "Atletiko" argentinalı mərkəz müdafiəçisi Kuti Romeronun transferinə böyük məbləğdə xərc çəkib və indi Ceksonu icarəyə götürməyi planlaşdırır. Bu vəziyyət madridlilər üçün işi çətinləşdirir, çünki seneqallı futbolçu ilə "Aston Villa" da yaxından maraqlanır.
Ötən mövsüm Cekson icarə əsasında "Bavariya"da çıxış edib, lakin almanlar oyunçunun müqaviləsini birdəfəlik satın almaq bəndini aktivləşdirməkdən imtina etdikləri üçün o, mövsümün sonunda Londona qayıdıb.
2025/2026 mövsümündə Cekson "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 34 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir, transfer dəyəri isə 40 milyon avro qiymətləndirilir.













