"Mançester Siti"nin ispaniyalı baş məşqçisi Pep Qvardiola klubdan ayrıldıqdan sonra nə etməyi planlaşdırdığı barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

55 yaşlı mütəxəssis gələcək planları haqqında fikirlərini bölüşüb. Təcrübəli baş məşqçi karyerasına fasilə vermək niyyətində olduğunu bu sözlərlə ifadə edib: "Düzünü desəm, nə edəcəyimi özüm də bilmirəm. Geri qayıtmaq çətin olacaq, hazırda bunu belə hiss edirəm. Şəxsi həyatımda baş verən bir çox şeyi yenidən nəzərdən keçirməliyəm. Peşəkar həyatıma gəlincə isə, özümü başqa bir şeydə tapmağa ehtiyacım var. Xüsusilə də sadəcə oturub zamanın necə keçdiyini, vaxtın gözünün qabağından necə axıb getdiyini izləmək istəyirəm".

Xatırladaq ki, Qvardiola ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılıb və karyerasında fasilə vermək qərarına gəlib. O, məhz bu səbəbdən İtaliya millisinə rəhbərlik etmək təklifindən imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest