"İnter" "Barselona"nın marağına baxmayaraq, komandanın lideri Lautaro Martineslə yollarını ayırmaq variantını nəzərdən keçirmir.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, "İnter" 28 yaşlı argentinalı hücumçunun mümkün transferi ilə bağlı hələlik kataloniyalılardan heç bir təklif almayıb.

Martinesin İtaliya nəhəngi ilə 2029-cu il iyunun 30-na qədər qüvvədə olan müqaviləsi var, "Transfermarkt" portalı isə onun dəyərini 85 milyon avro qiymətləndirir.

Xatırladaq ki, Lautaro 2018-ci ilin yayından "İnter"də çıxış edir və komanda ilə 376 matça çıxıb (175 qol və 56 məhsuldar ötürmə).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest