"Tottenhem" "Mançester Siti"nin iki futbolçusu – Savinyo və Omar Marmuşu transfer etmək imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti Devid Ornşteyn məlumat yayıb.
Hazırda klublar arasında danışıqlar mərhələsi davam edir. 22 yaşlı braziliyalı sol vinger üçün təxminən 99 milyon avro ödəməyə hazırdır.
London klubu daha əvvəl, 2025-ci ilin yayında da Savinyonun transferini rəsmiləşdirməyə çalışsa da, "şəhərlilər" müqaviləsi 2031-ci il iyunun 30-na qədər olan braziliyalını satmaqdan imtina etmişdilər. "Transfermarkt" portalı komandada artıq 84 matça çıxan (7 qol və 16 məhsuldar ötürmə) Savinyonun dəyərini 35 milyon avro qiymətləndirir.
Marmuşa gəlincə, onun "Siti" ilə 2029-cu il iyunun 30-na qədər qüvvədə olan müqaviləsi var və onun dəyəri 50 milyon avro təşkil edir. Misirli futbolçu 2025-ci ilin qışından bəri "Mançester Siti"də çıxış edir və "şəhərlilər"in formasında 62 oyuna çıxıb (16 qol və 6 məhsuldar ötürmə).













