"Fənərbaxça" son 5 gündə 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbulluların heyətində əcnəbi oyunçuların sayı 21-ə düşüb.

Türkiyə nəhəngi Fred, Omar Fayed və Sidiki Şeriflə birdəfəlik vidalaşıb, Musabanı isə icarəyə göndərib.

Klub rəhbərliyi heyətdəki legioner sayını azaltmaq məqsədilə "transfer pəncərəsi"nin son günlərində bu ayrılıqları rəsmiləşdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest