Turinin "Yuventus" klubu braziliyalı yarımmüdafiəçi Artur Melo ilə müqaviləyə vaxtından əvvəl xitam verib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Artur 2020-ci ilin yayında "Barselona"dan 80 milyon avro qarşılığında "Yuventus"a transfer olunaraq Turin təmsilçisinin tarihindəki ən baha başa gələn beşinci transfer olmuşdu.
Lakin tez-tez zədələnməsi səbəbindən 30 yaşlı braziliyalı "Yuventus"da özünü göstərə bilməyib və bütün turnirlərdə meydana çıxdığı 63 matçda cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi 2022-ci ildən etibarən icarə əsasında "Liverpul", "Fiorentina", "Jirona" və "Qremio" klublarında çıxış edib.
O, 2018–2022-ci illərdə Braziliya milli komandasının heyətində 22 rəsmi oyuna çıxıb və 1 qol vurub.












