"Vilyarreal"ın və Qana millisinin yarımmüdafiəçisi Tomas Parti karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək. O, "Əl-Şabab" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Ərəbistan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti 1 illikdir və 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Parti "Vilyarreal" ilə müqaviləsini vaxtından əvvəl ləğv etdikdən sonra "Əl-Şabab"a azad agent kimi transfer olunub.

33 yaşlı yarımmüdafiəçi ötən ilin yayından bəri İspaniya klubunun heyətində çıxış edirdi. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 32 matçda meydana çıxsa da, fərqlənə bilməyib.

Təcrübəli futbolçu daha əvvəl "Malyorka", Madrid "Atletiko"su və Londonın "Arsenal" klublarında da forma geyinib.

Qana yığmasında 60 rəsmi qarşılaşmada 15 qol vuran yarımmüdafiəçi bu ilin yayında təşkil olunan dünya çempionatında da iştirak edib. Lakin o, Panamaya qarşı keçirilən matçda meydana çıxa bilməyib, çünki Kanada hökuməti təcavüz ittihamlarına görə onun ölkəyə daxil olmasına icazə verməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest