Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Türkiyənin "Fənərbaxça" klubundan İspaniya "Barselona"sına transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə "Barselona" klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper Kataloniya təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, xorvatiyalı qapıçı ilə 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulan rəsmi sözləşmə imzalanıb.

Karyerası ərzində "Zadar", "Zaqreb" və "Dinamo" (Zaqreb) kimi klubların formasını geyinən təcrübəli əlcək sahibi, 2023-cü ilin yayında "Fənərbaxça"ya transfer olunub.

İstanbul klubunda keçirdiyi iki mövsümdə 74 matçda meydana çıxan Livakoviç, onlardan 24-də qapısını toxunulmaz saxlayıb.

2025-ci ilin yayında icarə əsasında İspaniyanın "Jirona" klubuna keçsə də, orada rəsmi oyuna çıxmayıb və ötən qış "transfer pəncərəsi"ndə keçmiş klubu Zaqreb "Dinamo"suna qayıdaraq komandanın növbəti çempionluğuna kömək edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest