"Lakin başımızı dik tutmalıyıq, yolumuza davam etməliyik".

"Qarabağ"ın futbolçusu Kadi Borqes UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra qarşılaşma ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandanın meydanda sonadək mübarizə apardığını vurğulayıb:

"İndi nəsə demək çətindir. Çünki duyğularımız yüksəkdir və nəsə danışmaq olmur. Ancaq əlimizdən gələni etməyə çalışdıq. Bu dəfə liqa mərhələsinə vəsiqə qazana bilmədik. Lakin başımızı dik tutmalıyıq, yolumuza davam etməliyik və bundan sonra daha yaxşı olacağımıza inanmalıyıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Niderlandın "Tvente" klubuna 1:4 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi iki görüşün nəticəsinə əsasən yarışla vidalaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest