İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Almaniya yığmasının sükanı arxasına keçən həmkarı Yurgen Kloppa dəstək olub.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis yeni vəzifəsində uğursuz start götürən həmkarının tərəfini tutub.
"Yurgen Klopp dünya səviyyəli ən yüksək kateqoriyalı məşqçidir. O, top-futbolçulardan ibarət dünya səviyyəli bir komanda qurmağa qadirdir. Lakin bunun üçün zaman lazımdır. Daim məşqçi dəyişmək düzgün deyil. Uğur qazanmaq üçün dəqiq bir fəlsəfə lazımdır və hətta uğursuzluqlardan sonra belə bu yola sadiq qalmaq gərəkdir", - Luis de la Fuente həmkarı barədə danışarkən bildirib.
Xatırladaq ki, Almaniya yığması Yurgen Kloppun rəhbərliyi altında Millətlər Liqasının ilk iki turunda cəmi 1 xal toplaya bilib. Komanda Niderlandla heç-heçə edib (1:1), Yunanıstana isə uduzub (0:1). "Bundestim" növbəti matçını bu gün Serbiyaya qarşı keçirəcək.
Qeyd edək ki, bu, Yurgen Kloppun karyerasında milli komandadakı ilk iş təcrübəsidir. Almaniyalı mütəxəssis bundan əvvəl yalnız klub səviyyəsində fəaliyyət göstərib.


_1790861059.jpg)










