"Turan Tovuz" klubu oktyabrın 3-də yoldaşlıq görüşü çərçivəsində Türkiyənin nəhəng klublarından olan "Fənərbaxça"nı qəbul edəcək.

Matc.az xəbər verir ki, Bakıda baş tutacaq yoxlama oyununun ədalət təmsilçisi də artıq müəyyənləşib.

Bildirilir ki, Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan, lakin sonradan yeri dəyişdirilərək Tofiq Bəhramov adına Respublika stadionuna salınan bu maraqlı qarşılaşmanı idarə edəcək baş hakim FIFA referisi Rəvan Həmzəzadə olacaq.

Qeyd edək ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest