21 Oktyabr 2026, 21:06
FUTBOL
Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın yeni baş məşqçisi Sergen Yalçın üçün rəsmi imza mərasimi təşkil edəcək.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yığmada Vinçenso Montellanı əvəzləyən təcrübəli mütəxəssislə oktyabrın 22-də müqavilə imzalanacaq.
TFF-nin Riva Hasan Doğan Milli Komandaların Təlim-Məşq Mərkəzində yerləşən Orhan Saka Konfrans Salonunda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Mərasimdə TFF başqanı İbrahim Hacıosmanoğlu da iştirak edəcək.













