Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv"un yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanın sükanı arxasına David Şvarqa gətirilib. 36 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Tomaş Kaçmareki əvəzləyib.

Qeyd edək ki, "Rakuv" Polşa çempionatında 6 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest