21 Oktyabr 2026, 14:36
FUTBOL
Almaniyanın "Bavariya" klubunun lideri Coşua Kimmix ailəsində baş verən bədbəxt hadisə səbəbindən Çempionlar Liqasının turunun mərkəzi oyununu buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təcrübəli yarımmüdafiəçi yaxın qohumunun vəfatı səbəbindən "Arsenal"a qarşı keçiriləcək görüşdə iştirak edə bilməyəcək. Klub futbolçuya başsağlığı verib və ictimaiyyəti bu çətin günlərdə Kimmix ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb.
Bu mövsüm təcrübəli yarımmüdafiəçi bütün turnirlərdə 10 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Bavariya" və "Arsenal" arasında qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












