21 Oktyabr 2026, 12:00
FUTBOL
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Daniel Olmo zədə səbəbindən ölkə çempionatının 10-cu turunda Madrid "Real"ı ilə keçiriləcək oyunu buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, 28 yaşlı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda PSJ ilə görüşdə (2:4) zədələnib.
Daniel Olmo PSJ ilə matçın 27-ci dəqiqəsində əvəzlənib. İlkin müayinə zamanı oyunçunun sol ayağının yaxınlaşdırıcı əzələsində problem aşkarlanıb. Bununla da Olmonun qarşıdakı "El klasiko"nu buraxacağı dəqiqləşib.
"Barselona" və "Real" arasında görüş oktyabrın 25-də tutacaq.













