"Bu səviyyədə bir matçda belə gərgin sonluq yaşamaq bizim üçün də böyük dərs oldu".

"Borussiya"nın isveçrəli qapıçısı Qreqor Kobel Bakıda "Sabah"a qarşı keçirdikləri oyundan sonra Almaniyanın nüfuzlu "Bild" nəşrinə verdiyi eksklüziv müsahibədə qarşılaşmada yaşanan gərgin anlardan danışıb.

Matc.az xəbər verir ki, təcrübəli qolkiper 2:1 hesablı qələbəyə baxmayaraq, görüşün son dəqiqələrində böyük həyəcan yaşadıqlarını gizlətməyib:

"Hesab 2:1 olduqdan sonra "Sabah" üzərimizə inanılmaz təzyiqlə gəlməyə başladı. Nəfəs ala bilmirdik. Xüsusilə son 10 dəqiqədə ard-arda qazandıqları kornerlər və cərimə meydançamıza edilən asmalar zamanı gərginlik o həddə çatmışdı ki, oyunçularımız sırf topu irəli vurub vaxt udmağı düşünürdülər. "Sabah" bizi öz cərimə meydançamıza sıxışdırdı. Bu səviyyədə bir matçda belə gərgin sonluq yaşamaq bizim üçün də böyük dərs oldu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest