UEFA-nın rəsmi saytı Azərbaycanın "Sabah" klubunun futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) komandasına məğlub olduğu (1:2) oyun barədə yazıb.

UEFA-nın rəsmi saytı Azərbaycanın "Sabah" klubunun futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda Almaniyanın "Borussiya" komandasına məğlub olduğu (1:2) oyun barədə yazıb.

Matc.az xəbər verir ki, məlumatda Seru Qirassinin dublunun Dortmund klubuna Bakıda çətin də olsa qələbə qazandırdığı qeyd edilib.

"30 yaşlı hücumçu hər hissənin əvvəlində qol vurub. O, əvvəlcə Stas Pokatilovun Feliks Nmeçanın zərbəsindən sonra qaytardığı topu tora göndərərək hesabı açıb. Pokatilov Coy Vermann və Karni Çukvuemekanın zərbələrini dəf edərək möhtəşəm ikili seyv edib, fasilə ərəfəsində isə Timoteuş Puxaçın cərimə zərbəsindən ötürməsindən sonra Eyden Makkarti başla topu qapıdan keçirərək hesabı bərabərləşdirib. Vermannın ötürməsindən sonra Qirassinin yaxın məsafədən vurduğu zərbə həlledici olub: bu, onun Çempionlar Liqasındakı 27 oyunda 21-ci qoludur", - UEFA-nın rəsmi saytında dərc edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest