21 Oktyabr 2026, 13:20
FUTBOL
PSJ müdafiəçi Markinyos, həmçinin hücumçular Xviça Kvarasxeliya və Usman Dembelenin zədələrinin xarakterini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, oyunçular Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda İspaniya "Barselona"sı ilə matçda (4:2) xəsarət alıblar. Hər üç futbolçu görüşün gedişində əvəzlənib.
Klubun bəyanatında deyilir: "Dünən "Barselona" ilə matçda sağ dizinin ön çarpaz bağları yırtılan Xviça Kvarasxeliya yaxın günlərdə əməliyyat olunacaq. Sol budundan zədə alan Usman Dembele müalicə keçəcək. Sağ budundan zədələnən Markinyos da yaxın həftələrdə müalicə olunacaq".












