FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. O, Misir Futbol Federasiyasından dəvət alıb. Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zamalek" və "İttihad" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Matc.az saytı xəbər verir ki, o, Misir Futbol Federasiyasından dəvət alıb.

Belə ki, Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zamalek" və "İttihad" komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Qarşılaşma sabah İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest