Rusiyanın "Ufa" klubu təlim-məşq toplanışı üçün Kiprə yollanıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
"Ufa" Kiprin Ayya Napa şəhərində yanvarın 12-dən 26-na qədər davam edəcək təlim-məşq toplanışında 2 yoxlama oyunu keçirəcək.
 
Rusiya Premyer Liqası təmsilçisi yanvarın 18-də Macarıstanın "Uypeşt", 25-də isə Polşanın "Şlensk" klubu ilə qarşılaşacaq.
 
"Ufa"da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə əvəzedici komanda ilə hazırlıq keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest