"Real"ın baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldo ilə Vinisiusu müqayisə edib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis "Sportmediaset"ə açıqlama verib:
 
“Kriştiano "Real" tarixinə düşmüş bir futbolçudur, Vinisius isə hazırda o tarixi yazır. 2 böyük istedad, lakin bir-birindən çox fərqli oyunçular”.
 
Bu mövsüm 23 yaşlı Vinisius 34 matçda iştirak edib, 21 qol vurub və 11 məhsuldar ötürmə edib. 39 yaşlı Ronaldonun "Real"da ümumi 438 oyunu, 450 qolu və 131 məhsuldar ötürməsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest