01 May 2024, 16:05
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarte yayda “Yuventus”a icarəyə verilə bilər. Matc.az xəbər verir ki, uruqvaylı futbolçu Fransa klubunun məşqçilər korpusunun növbəti mövsüm üçün planlarına daxil deyil.
Bu üzdən parislilər 23 yaşlı oyunçunun icarəyə verilməsi variantını nəzərdən keçirməyə hazırdı. “Qoca sinyora” nümayəndələri Uqartenin mümkün keçidi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb.
Qeyd edək ki, Manuel Uqarte PSJ-yə mövsümün əvvəlində “Sportinq”dən keçib. O, bu mövsüm bütün turnirlərdə 35 matçda iştirak edib.