“Milan” Xulen Lopeteqini baş məşqçi postuna namizədlər siyahısından çıxarıb. Mac.az xəbər verir ki, “rossonyerlər” ispaniyalı mütəxəssisdən imtina edib.

57 yaşlı çalışdırıcının namizədliyi klubun sahibi Cerri Kardinale tərəfindən irəli sürülüb. Lakin azarkeşlər buna kəskin etiraz ediblər. Hətta iki gün ərzində keçidin əleyhinə 10 mindən çox imza toplanıb. Nəticədə rəhbərlik danışıq prosesindən geri çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, “Milan”ın hazırkı baş məşqçisi Stefano Piolidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest