"İnter Mayami"nin hücumçuları Lionel Messi, Serxio Busquets, Luis Suares və Jordi Alba Milli Basketbol Assosiasiyasının (NBA) pley-off seriyasının "Miami Heat" "Boston Seltiks" matçında iştirak edib.
 
Matc.az xəbər verir ki, Mayamidə baş tutan görüş 102:88 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
 
Bu matçdan sonra seriyada hesab 3-1 Bostonun xeyrinə olub. Seriya dörd qələbə qazanana qədər davam edəcək. Komandalar arasında seriyanın 5-ci oyunu mayın 2-də Bostonda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest