01 May 2024, 09:37
FUTBOL
23 yaşlı forvard bu müddət ərzində ÇL-də keçirdiyi qarşılaşmalarda 16 qol, 15 məhsuldar ötürmə ilə diqqət çəkib. Ümumilikdə 31 qolda yaxından iştirak edən Vinisius PSJ-li Kilian Mbappe (14 qol, 14 assist) və “Barselona”lı Robert Levandovskini (21 qol, 4 assist) qaraqlayır.
“Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Bavariya” ilə səfər oyununda da fərqlənib. Matc.az xəbər verir ki, Münhendəki görüşdə dubla imza atan braziliyalı son 3 mövsümdə turnirin ən məhsuldar oyunçusu ünvanına yiyələnib.
23 yaşlı forvard bu müddət ərzində ÇL-də keçirdiyi qarşılaşmalarda 16 qol, 15 məhsuldar ötürmə ilə diqqət çəkib. Ümumilikdə 31 qolda yaxından iştirak edən Vinisius PSJ-li Kilian Mbappe (14 qol, 14 assist) və “Barselona”lı Robert Levandovskini (21 qol, 4 assist) qaraqlayır.
Qeyd edək ki, “Real” səfər görüşündə “Bavariya” ilə 2:2 hesablı heç-heçə edib. Cavab qarşılaşması mayın 8-də Madriddə olacaq.