İspaniya millisinin və “Real”ın sabiq baş məşqçisi Visente del Boske İspaniya Futbol Federasiyasına (RFEF) nəzarət edəcək. Matc.az xəbər verir ki, bu təyinat İspaniya hökuməti tərəfindən edilib.

RFEF-in sabiq prezidenti Luis Rubialesin istefasından sonrakı uğursuzluğa son qoyulması üçün tanınmış mütəxəssis işə cəlb olunub.

İspaniya 2030-cu ildə keçiriləcək dünya çempionatının 6 ev sahibindən biridi və del Boske qurumun bu məsələdə əsas söz sahibi olacaq. Yerli hökumət onun sayəsində İspaniya futbolunun yenidən dirçələcəyinə inanır.

Qeyd edək ki, 73 yaşlı Visente del Boske İspaniya millisinə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest