Belə ki, indiyə qədər yalnız bir futbolçu 21 yaşı tamam olana qədər Bellinqemdən çox matça çıxıb. Bu, ispaniyalı Sesk Fabreqasdı. Sabiq “Barselona”lı 21 yaşının tamamına qədər Çempionlar Liqasında 34 görüşdə iştirak edib.

Çempionlar Liqasının (ÇL) yarımfinalında “Bavariya” ilə keçirilən səfər oyunu “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem üçün əlamətdar olub. Matc.az xəbər verir ki, start heyətində meydana çıxan gənc futbolçu ÇL-də 32-ci qarşılaşmasını keçirib.

Bu göstəriciyə görə, Bellinqem qitənin ən nüfuzlu klub turnirində ikinci pilləyə yüksəlib. Belə ki, indiyə qədər yalnız bir futbolçu 21 yaşı tamam olana qədər Bellinqemdən çox matça çıxıb. Bu, ispaniyalı Sesk Fabreqasdı. Sabiq “Barselona”lı 21 yaşının tamamına qədər Çempionlar Liqasında 34 görüşdə iştirak edib.

Qeyd edək ki, “Real” səfər görüşündə “Bavariya” ilə qollu bərabərə qalıb – 2:2. Cavab qarşılaşması mayın 8-də Madriddə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest