01 May 2024, 18:25
FUTBOL
Futbol karyerasını başa vuran italiyalı sabiq qapıçı Canluici Buffon hansı oyunu təkrar keçirmək istədiyindən danışıb.
Matc.az xəbər verir ki, bu barədə o, “La Repubblica” nəşrinə açıqlama verib:
“Karyeramda hər hansı bir oyunu təkrar oynaya bilsəm, bu, 2012-ci ildə İspaniyaya qarşı Avropa çempionatının finalı olardı. Bu nəticəyə layiq deyildik, yorğun oynadıq. Heç vaxt bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Sonda İspaniyaya qarşı heç nə edə bilmədik, baxmayaraq ki, onları qrup mərhələsində dayandıran yeganə biz idik”.