01 May 2024, 18:56
FUTBOL
"Bavariya"nın qapıçısı və kapitanı Manuel Noyer Çempionlar Liqasının ilk yarımfinal matçında "Real"la heç-heçə (2:2) haqda danışıb.
Matc.az xəbər verir ki, bu barədə qolkiper klubun mətbuat xidmətinə açıqlama verib:
“Bizə çoxlu dəstək var idi və eyforiya hiss etdik. Bu mənə "Çelsi" ilə finalı xatırlatdı. Gələndə bizi yaxşı qarşıladılar. Azarkeşlərimizə böyük dəstəyə görə təşəkkür edirik!
Təbii ki, biz qələbə qazanmaq istərdik. Qələbəyə layiq idik. Nə yaxşı ki, hər şey hələ də öz əlimizdədir. Biz Uemblidə finala çıxmaq istəyirik”.
Qeyd edək ki, “Real” və “Bavariya” arasında cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək.