“Atletiko” klubu cəzalandırılıb. Matc.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin La Liqanın XXXIII turunda “Atletik”lə keçirdiyi görüş zamanı bir azarkeşin rəqibin yarımmüdafiəçisi Niko Uilyamsın ünvanına irqçi şüar səsləndirməsi olub.

Görüşün birinci hissəsində 21 yaşlı futbolçu tribunadan irqçi təhqirlərə məruz qaldığı üçün qarşılaşma bir neçə dəqiqə dayandırılmışdı. İspaniya Kral Futbol Federasiyasının (RFEF) Nizam-İntizam Komitəsi “Metropolitano” stadionunu iki ev matçını qismən bağlayıb və madridliləri 20 min avro cərimələyib. “Atletiko” 10 gün ərzində qərardan şikayət edəcək. Madrid klubu hesab edir ki, bir nəfərin hərəkəti minlərlə azarkeşin cəzalandırılmasına səbəb olmamalıdı.

Qeyd edək ki, oyun “Atletiko”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest