Fransanın "Monako" klubu futbolçusu Naldo ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
2019-cu ilin yanvarından "Monako"da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.
 
4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl "Verder", "Volfsburq", "Şalke" kimi klubların şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest