İtaliyanın "Milan" klubu koronavirusla mübarizəyə kömək etmək məqsədiylə 600 min avroya yaxın ianə toplayıb.
 
Matc.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın rəsmi saytı məlumat yayıb. Klubdan edilən açıqlamada, toplanan ianə barədə bunlar deyilib:
 
"Müəyyən bir hədəfə çatdıq. Klubun rəhbərliyinin, futbolçuların, məşqçilərin verdikləri ianələrlə bu rəqəmi daha da yüksəklərə qaldıra bilərik".
 
"Milan" rəhbərliyi koronavirusla mübarizə çərçivəsində çinli azarkeşlərə 16 min maska paylayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest