"Azərbaycanda qısa müddətdə bir-iki milyon avro qazana bilərdim. Ancaq artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq etmək mümkün deyil"

Niderland millisinin sabiq futbolçusu Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Matc.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü açıqlamasında bildirib:

"Azərbaycanda qısa müddətdə bir-iki milyon avro qazana bilərdim. Ancaq artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq etmək mümkün deyil. çünki daima qidanlamağa diqqət etməlisən.  Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. 33 yaşında karyeramı başa vurmuşam. Bundan sonra Amsterdamdakı evimdə ancaq yeyib-içmək məclisi təşkil edirdim. İçki, narkotik, qızlar və.s".

Qeyd edək ki, Endi van der Meyde "İnter", "Everton", PSV və "Ayaks" kimi klubların formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest