PSJ-nın forvardı Edinson Kavani karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, uruqvaylı futbolçunun xidmətində "Nyukasl" maraqlıdır.

"Nyukasl"ı satın almaq istəyən Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd ibn Salman komandaya böyük məbləğdə yatırım etmək niyyətindədir. Kavaninin Paris təmsilçisi ilə müqaviləsi mövsüm sonuna qədərdir.

33 yaşlı hücumçunun PSJ-dən ayrılacağı dəqiqdir. Onun karyerasını Argentinada davam etdirəcəyi yazılsa da, oyunçu bu xəbərləri təkzib edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest