İngiltərə Premyer Liqasında bir neçə klub mövsümün erkən başa çatmasının tərəfdarıdır. Matc.az "The Guardian"a istinadən xəbər verir ki, komandalar görüşlərin azarkeşsiz keçirilməsini istəmir.

Məlumata görə, klub rəhbərləri inki dövrdə oyunçuların və məşqçilərin sağlamlığının təhlükədə olduğunu düşünürlər. Onlar mövsümün davam etməsini riskli hesab edir.

Bununla yanaşı, heyətlərdə çıxış edən əksər oyunçuların yaşlarının yüksək olduğu və onların koronavirusa yoluxmasından ehtiyatlanırlar. Xəbərdə klubların bu məsələni müzakirə edilməməsindən narazı olduqları da qeyd edilib.

Qeyd edək ki, Premyer Liqanın taleyini bəlirləyəcək növbəti iclas mayın 1-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest