"Real" transfer dönəmində köklü dəyişikliklərə hazırlaşır. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrdi klubu 11 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Məlumata görə, heyətə cəlb ediləcək yeni oyunçular üçün rəhbərlik radikal qərar verəcək. Məşqçilər heyəti ilə anlaşmaya əsasən komandadan Qaret Beyl, Xames Rodrigez, Mariano, Braim Dias, Alvaro Odriosola, Luka Yoviç, Eder Militao, Alfons Areola, Luka Modriç, Marselo və Lukas Vaskes göndəriləcək.

Qeyd edək ki, "Real"ın transfer siyahısında Kilian Mbappe, Pol Poqba və Erlinq Holan var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest