PSJ hücumçusu Kilian Mbappeni buraxma qniyyətində deyil. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu fransalı forvardın komandada qalmasında israrlıdır.

Məlumata görə, rəhbərlik koronavirus pandemiyasının klublara vurduğu maddi ziyan səbəbindən Mbappenin ayrılma ehtimalının az olduğunu düşünür. çünki oyunçunun maliyyəti yüksəkdir.

Ancaq bununla yanaşı, rəhbərlik fransalı forvarda  yeni müqavilə təklif etməyi düşünür. Bu sözləşmədə 22 yaşlı hücumçu illik 50 milyon avro qazanacaq.  

Xatırladaq ki, "Real" Mbappenin transferində israrlıdır.

Qeyde dək ki, futbolçunun komandası ilə müqaviləsi 2022-ci ilə qədərdir. Onun PSJ-nin yeni müqavilə təklifinə müsbət cavab verəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest