"Avropa klubları yığmalar üçün olan turnirlərimizin uğur qazanmasının ayrılmaz elementidir".

Matc.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander çeferin deyib. Qurum rəhbəri AVRO-2020-nin seçmə mərhələsində iştirak üçün futbolçuların klublarına verilən məbləğin təcili şəkildə ödənməsinə münasibət bildirib:

"Buna görə də yığmalar üçün turnirlərdən gələn qazancın bir hissəsi futbolçularını oyunlara buraxan klublara ayrılır. İndiki çətin vəziyyətdə, əksər klubların maliyyə problemləri ilə, xüsusilə pul alınmasında üzləşdiyi vaxtda bizim borcumuzdur ki, onlar bu vəsaiti mümkün qədər tez alsın".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest