"Barselona"nın müdafiəçisi Samuel Umtiti karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu ilə "Napoli" maraqlanır.

Məlumata görə, Kataloniya təmsilçisi fransalı futbolçu üçün 50 milyon avro tələb edir. "Napoli" isə bu rəqəmi ödəyə bilməyəcəyini bildirib. Oyunçunun icarəyə verilmə ehtimalı da var.

Fransalı futbolçunun "Barselona"dan ayrılmaq istədiyi qeyd edilir. Əgər tərəflər razlığa gəlsə, Umtiti İtaliyada oynamağa müsbət yanaşır.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunda 16 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest