"Bavariya" Manuel Noyerlə danışıqları davam etdirir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi futbolçuya 3 illik müqavilə təklif edib.

Məlumata görə, klub rəhbərliyi 34 yaşlı qapıçıya 2023-cü ilə qədər yeni sözləşmə və illik 12 milyon avro maaş təklif edib. Noyerin təklifə müsbət yanaşdığı bildirilsə də, təcrübəli qapıçı hələlik konkret cavab verməyib.

Qeyd edək ki, Noyer 2011-ci ildən  "Bavariya"da çıxış edir. O, bu müddətdə 7 Bundesliqa çempionluğu, 5 ölkə kuboku və bir dəfə çemponlar Liqasını qazanıb. Almaniyalı qapıçının klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest