Amerika Futbol Liqası (MLS) təmsilçilərinin məşqlərinin bərpa müddəti uzadılıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytından məlumat verilib.

Məlumata görə, klubların hazırlıq dönəmi mayın 15-nə qədər təxirə salınıb. Açıqlamada hazırkı dönəmdə futbolçuların və məşqçilər heyətinin sağlamlığı üçün belə bir qərarın verildiyi bildirilir.

Qeyd edək ki, MLS-də mövsüm martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest